FIFA 2026-cı il Dünya Çempionatının keçiriləcəyi stadionlarda davranış qaydalarını yeniləyib və bilet sahiblərini yeni tələblərlə bağlı məlumatlandırıb.
İdman.Biz xəbər verir ki, yeni qaydalara əsasən, azarkeşlərə vuvuzelalar, fitlər, sirenalar və digər həddindən artıq səs-küy yaradan qurğuları stadionlara gətirmək qadağan olunub.
Həmçinin lazer göstəriciləri və oxşar işıq şüaları yayan cihazların, eləcə də su butulkaları, stəkanlar, bankalar və buna bənzər qabların arenalara keçirilməsinə icazə verilməyəcək.
Qeyd edək ki, vuvuzelalar 2010-cu ildə Cənubi Afrikada keçirilən dünya çempionatının əsas simvollarından birinə çevrilmişdi. Bununla belə, bu alətlər yaratdığı xüsusi atmosferlə yanaşı, arı sürüsünün vızıltısını xatırladan monoton səsinə görə də tez-tez tənqid olunurdu.
