Bu gün minifutbol üzrə Azərbaycan millisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında yarımfinal oyununa çıxacaq.
İdman.Biz xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi millimiz yarımfinal mərhələsində Serbiya seçməsi ilə qarşılaşacaq.
Bratislavadakı “Tipos Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Yarımfinalın digər cütündə isə Macarıstan və Ukrayna milliləri finala vəsiqə uğrunda mübarizə aparacaqlar. Bu qarşılaşmanın start fiti saat 21:15-də veriləcək.
Xatırladaq ki, Azərbaycan yığması qrup mərhələsini maksimum nəticə ilə başa vurub. Komandamız F qrupunda Avstriya üzərində 1:0, İtaliya üzərində 3:0, Fransa üzərində isə 3:2 hesablı qələbə qazanıb.
Pley-off mərhələsində də uğurlu çıxışını davam etdirən millimiz əvvəlcə Qazaxıstanı 3:2, daha sonra isə Çexiyanı 5:2 hesabı ilə məğlub edərək yarımfinala adlayıb.
