Messi titulu ilə Dünya Çempionatı tarixində təkdir - FOTO

5 İyun 2026 17:51
110
Messi titulu ilə Dünya Çempionatı tarixində təkdir - FOTO

Argentina millisinin ulduz futbolçusu Lionel Messi Dünya Çempionatı tarixində “Qızıl top” mükafatını iki dəfə qazanan yeganə futbolçu olub.

İdman.Biz xəbər verir ki, FIFA tərəfindən 1982-ci il Dünya Çempionatından etibarən tətbiq edilən “Qızıl top” mükafatı FIFA Texniki Komitəsi tərəfindən seçilən ən yaxşı futbolçular siyahısının media nümayəndələri tərəfindən səsverməsi ilə müəyyənləşir.

İspaniyada təşkil olunan 1982-ci il Dünya Çempionatında vurduğu altı qolla həm bombardir olan, həm də İtaliyanın çempionluq qazanmasında önəmli rol oynayan Paolo Rossi “Qızıl top”un ilk sahibi olub.

Meksika-1986-da bu dəfə səhnəyə argentinalı futbolçu Dieqo Armando Maradona çıxıb. İngiltərəyə əllə vurduğu qolla turnirə damğa vuran Maradona Argentinanın çempionluğunda pay sahibi olub və “Qızıl top”u da qazanıb.

İtaliya-1990-da isə bir ilk yaşanıb və ilk dəfə çempion olmayan komandanın futbolçusu “Qızıl top”a sahib çıxıb. Almaniyanın çempion olduğu turnirdə italiyalı futbolçu Salvatore Skillaçi bu mükafata layiq görülüb.

ABŞ-1994-də braziliyalı Romario, Fransa-1998-də braziliyalı Ronaldo, Cənubi Koreya və Yaponiyada keçirilən 2002-ci il Dünya Çempionatında alman qapıçı Oliver Kan, Almaniya-2006-da fransalı Zinəddin Zidan, Cənubi Afrika-2010-da uruqvaylı Dieqo Forlan, Braziliya-2014-də argentinalı Lionel Messi, Rusiya-2018-də isə xorvatiyalı Luka Modriç “Qızıl top”u qazanıb.

Messi tarixə düşüb

Messi Dünya Çempionatında “Qızıl top” mükafatını iki dəfə qazanan yeganə futbolçu statusundadır.
Ulduz futbolçu Braziliya-2014-dən sonra komandasının çempionluğunda böyük rol oynadığı Qətər-2022-də də mükafatın sahibi olub.
Messi həmçinin FIFA-nın 2002-ci ildən tətbiq etməyə başladığı “matçın oyunçusu” mükafatını 11 dəfə qazanaraq bu göstəricidə də zirvədə qərarlaşıb.
Dünya Çempionatında 1982-ci ildən bəri tətbiq edilən “Qızıl top” mükafatını qazanan futbolçular bunlardır:

“Qızıl əlcək”

Dünya Çempionatında ən yaxşı qapıçılara verilən “Qızıl əlcək” mükafatı 1994-cü ildə ABŞ-də tətbiq edilməyə başlanıb.
Əvvəlcə SSRİ-nin unudulmaz qapıçısı Lev Yaşinin adına verilməyə başlayan mükafat 2010-cu ildən “Qızıl əlcək” adlandırılıb.
“Qızıl əlcək” mükafatını qazanan qapıçılar və ölkələri belədir:

Ən yaxşı gənc oyunçu

Dünya Çempionatında “ən yaxşı gənc oyunçu” mükafatı 1958-ci ildən verilməyə başlanıb.
Bu mükafatı ilk dəfə Pele qazanıb, son mükafat isə argentinalı Enso Fernandesə verilib.
“Ən yaxşı gənc oyunçu” mükafatını alan adlar bunlardır:

Centlmenlik mükafatı

“FIFA Centlmenlik Mükafatı” Dünya Çempionatı boyunca ən centlmen komandaya verilir və ikinci mərhələyə yüksələn komandalar arasından seçilir.
İlk dəfə 1970-ci ildə Peruya verilən mükafatı son qazanan ölkə isə İngiltərə olub. Centlmenlik mükafatını ən çox qazanan ölkə dörd dəfə ilə Braziliyadır. İspaniya və İngiltərə üç dəfə, Peru, Qərbi Almaniya, Argentina, Fransa, Belçika və Kolumbiya isə bir dəfə ən centlmen komanda seçilib.
Centlmenlik mükafatını qazanan ölkələr belədir:

İdman.Biz