Messi, Ronaldu və Oçoa dünya çempionatları tarixinə düşdülər

6 İyun 2026 12:39
167
Messi, Ronaldu və Oçoa dünya çempionatları tarixinə düşdülər

Argentina millisinin kapitanı Lionel Messi və Portuqaliya yığmasının lideri Kriştianu Ronaldu futbol tarixində yeni rekord müəyyənləşdirəcəklər.

İdman.Biz xəbər verir ki, hər iki ulduz qarşıdakı dünya çempionatında karyeralarında altıncı dəfə iştirak edəcək. Bununla da onlar mundiallar tarixində bu göstəriciyə çatan ilk futbolçular sırasında yer alacaqlar.

Meksika millisinin qapıçısı Gilyermo Oçhoa da DÇ-2026 üçün yığmanın heyətinə daxil edilib və altıncı dünya çempionatına yollanacaq.

Bunadək dünya çempionatlarında iştirak sayına görə rekord beş turnir idi. Bu göstəricini Messi, Ronaldu və Oçoa ilə yanaşı, Antonio Karbaxal, Rafa Markes, Andres Quardado, Lotar Matteus və Canluici Buffon da bölüşürdülər.

Beləliklə, Messi, Ronaldu və Oçoa qarşıdakı mundialda dünya futbolu tarixinin yeni rekordçuları kimi yadda qalacaqlar. Oçoa isə turnirdən sonra peşəkar karyerasını başa vuracağını açıqlayıb.

İdman.Biz
Məqalədə: