Aleksander Çeferin UEFA prezidentliyindən gedəcək: "Bezmişəm"

Xəbərlər
8 Fevral 2024 16:56
224
Aleksander Çeferin UEFA prezidentliyindən gedəcək: "Bezmişəm"

UEFA-nın prezidenti Aleksander Çeferin növbəti seçkilərdə namizədliyini irəli sürməyəcək.

İdman.biz xəbər verir ki, o, bunu Fransada keçirdiyi mətbuat konfransında açıqlayıb.

Çeferinin sözlərinə görə, 2027-ci ildə səlahiyyət dövrü bitdikdən sonra namizədliyini irəli sürməyi planlaşdırmır. 56 yaşlı sloveniyalı funksioner bunu ailəsinə vaxt ayırmaq istəyi ilə əlaqələndirib: “Koronavirus pandemiyasından, Super Liqa hekayəsindən, şəxsi ambisiyaların arxasınca getdiyimlə bağlı ittihamlardan bezmişəm. Ailəm üçün darıxıram. İllərdir məni görmürlər”.

Qeyd edək ki, 2016-cı ildə UEFA prezidenti olan Çeferin daha öncə UEFA-nın Nizamnaməsində prezidentlikdə dördüncü müddətə icazə verən dəyişikliklərə səs verib.

İdman.biz