Türkiyə kubokunda 1/8 final mərhələsinin daha 3 oyunu başa çatıb.
İdman.biz xəbər verir ki, “Fənərbaxça” səfərdə qələbə qazanıb.
İsmail Kartalın yetirmələri Batşuayinin qolları ilə 2:0 hesabı ilə üstün olub. Günü digər iki matçında qalib 90 dəqiqə ərzində müəyyənləşməyib. “Sivasspor” – “Konyaspor” qarşılaşmasında qonaq komanda qələbə topunu 109-cu dəqiqədə vurub.
Renat Dadaşovun formasını geyindiyi “Hatayspor” isə penalti zərbələri seriyasında “Başakşəhər”ə uduzub.
Türkiyə kuboku
1/8 final
Sivasspor – Konyaspor – 0:1 (ə.v.)
Başakşəhər – Hatayspor – 1:1, pen, 3:2
Qaziantep – Fənərbaxça – 0:2
İdman.biz