Özil, Materatsi, Kaka, Ronaldinyo, Rivaldo və Anri yenidən dünya çempionatında

Xəbərlər
7 Fevral 2024 10:38
1 149
Özil, Materatsi, Kaka, Ronaldinyo, Rivaldo və Anri yenidən dünya çempionatında

35 yaşdan yuxarı futbolçular arasında dünya çempionatı keçiriləcək.

İdman.biz xəbər verir ki, İngiltərədə təşkil olunacaq yarış “EPG Cup” adlanacaq.

Çempionatda 8 milli komanda mübarizə aparacaq. Bunlar Almaniya, İngiltərə, Argentina, Braziliya, İtaliya, Fransa, İspaniya və Uruqvay yığmalarıdır.

Artıq komandaların kapitanları da bəllidir. Məsut Özil, Stiv Makmanaman, Esteban Kambiasso, Emerson, Marko Materatsi, Kristian Karambö, Miçel Salqado və Dieqo Luqano komandalarını sarğı ilə meydana çıxaracaq. Maykl Ouen, Kaka, Ronaldinyo, Rivaldo, Fabio Kannavaro, Kafu, Roberto Karlos, Tyerri Anri və Marsel Desayinin də çempionatda iştirakı gözlənilir.

Qeyd edək ki, hər komanda meydana 11 futbolçu ilə çıxacaq. Görüşlərin vaxtı isə 90 dəqiqədən 70-ə endiriləcək.

İdman.biz

Məqalədə: