“Real”ın hücumçusu İspaniya millisində ilk dəfə - Torresin yerinə çağırıldı

2 Oktyabr 2026 18:39
83
“Real”ın hücumçusu İspaniya millisində ilk dəfə - Torresin yerinə çağırıldı

İspaniya millisinin heyətində UEFA Millətlər Liqasının Çexiya ilə oyunu öncəsi dəyişiklik baş verib.

İdman.Biz xəbər verir ki, Madrid “Real”ının hücumçusu Karlos Espi ilk dəfə İspaniya millisinin əsas komandasına dəvət alıb. O, sol topuğundakı narahatlıq səbəbindən yığmanın düşərgəsini vaxtından əvvəl tərk edən Ferran Torresi əvəz edəcək.

Espinin əsas milliyə çağırılması İspaniyanın gənclər yığmasında uğurlu çıxışından sonra reallaşıb. O, San-Marino ilə görüşdə 5 qol vuraraq penta-trik edib və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

İdman.Biz