Portuqaliyalı futbolçu Kriştianu Ronaldu bir neçə gün əvvəl Portuqaliya millisinin düşərgəsini özbaşına tərk edib və gələcəkdə bununla bağlı bütün həqiqəti danışacağını vəd edib.
İdman.Biz “Marca”ya istinadən xəbər verir ki, Portuqaliya Futbol Federasiyası(PFF) ulduz futbolçu ilə münasibətlərin belə kəskin və üzücü şəkildə başa çatmasını istəmir. Belə ki, federasiya artıq Ronaldo ilə barışıq əldə etmək üçün çalışır.
Gələn həftə baş məşqçi Jorje Jezuşun da daxil olduğu bütün tərəflərin iştirakı ilə görüş keçirilməsi planlaşdırılır. Federasiya rəhbərliyi münaqişənin həll olunacağına, münasibətlərin normallaşacağına və Ronaldonun milli komandadakı karyerasını bu şəkildə başa vurmayacağına ümid edir.
Federasiyada hesab edirlər ki, Kriştiano milli komandadakı çıxışlarını layiqli və hörmətli şəkildə başa vurmağa layiqdir.
Portuqaliya millisi Millətlər Liqasında üç turdan sonra 9 xal toplayıb.
