Vaqif Cavadov: “Lixtenşteynə səfərdə qalib gələcəyik”

2 Oktyabr 2026 17:53
95
Vaqif Cavadov: “Lixtenşteynə səfərdə qalib gələcəyik”

“Azərbaycanın futbol millisi səfərdə Lixtenşteynə qalib gələcək”.

Bunu Azərbaycanın futbol üzrə U-20 millisinin məşqçisi Vaqif Cavadov deyib.

Mütəxəssis yığmanın D Liqasının ikinci qrupunda Lixtenşteynlə qolsuz bərabərə qaldığı görüşü dəyərləndirib.

“Təbii ki, məşqçilər korpusu və futbolçuların əsas istəyi qələbə qazanmaq idi. Bəlkə də bəxt amili buna mane oldu. Qələbə qazana bilməsək də, bu matçda qol fürsətlərimiz çox oldu. Futbolçularda tələskənlik var idi, tez qol vurmaq istəyirdilər. Belə olan halda isə səhvlər qaçılmaz olurdu. Amma inanıram ki, 17 il əvvəl olduğu kimi Lixtenşteynə səfərdə qalib gələcəyik. Futbolçular səfərdə psixoloji cəhətdən daha rahat olacaqlar. Bakıda Litvaya qalib gəlsək, hər şey yaxşıya doğru dəyişəcək”, - deyə o report.az-a açıqlamasında vurğulayıb.

V.Cavadov milliyə dəstəyin vacibliyini önə çəkib:

“Azarkeşlər bu çətin günlərdə yığmanın yanında olmalıdılar. Fanatlar və futbolçular arasında güclü bağ yaransa, Litvaya Bakıda qalib gələ bilərik”.

Qeyd edək ki, Azərbaycan millisi 2010-cu il dünya çempionatının seçmə mərhələsində səfərdə Lixtenşteynə 2:0 hesabı ilə qalib gəlib. Həmin qarşılaşmada ilk qolu Vaqif Cavadov vurub.

Azərbaycan millisi UEFA Millətlər Liqasının D Liqasının ikinci qrupunda iki xalla ikinci pillədə qərarlaşıb. Litva seçməsi üç xalla liderdir. Hesabında bir xal olan Lixtenşteyn sonuncudur. Milli qrupdakı növbəti görüşünü oktyabrın 4-də Litvaya qarşı keçirəcək.

İdman.Biz