“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

2 Oktyabr 2026 17:45
87
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

Azərbaycanın “Neftçi” futbol klubu milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədə növbəti yoxlama görüşünü keçirib.

İdman.Biz xəbər verir ki, Bakı klubu “Palms Sports” Futbol Mərkəzində “Araz-Naxçıvan”la qarşılaşıb.

Matç “Neftçi”nin 2:0 hesablı qələbəsi ilə başa çatıb. “Ağ-qaralar”ın heyətində Alen Şkribek və Andrey Ştoqrin fərqləniblər.

İdman.Biz