“Turan Tovuz” - “Fənərbağça” oyununun fiziki biletləri satışa çıxarıldı

2 Oktyabr 2026 15:08
92
“Turan Tovuz” - “Fənərbağça” oyununun fiziki biletləri satışa çıxarıldı

“Turan Tovuz”un “Fənərbağça” ilə keçirəcəyi qarşılaşmanın fiziki biletlərinin satışına başlanılıb.

İdman.Biz xəbər verir ki, bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.

Azarkeşlər biletləri bu gün saat 18:00-dək, oktyabrın 3-də isə görüşün startınadək Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından ala bilərlər.

Qeyd edək ki, “Turan Tovuz” - “Fənərbağça” oyunu oktyabrın 3-də keçiriləcək. Qarşılaşma saat 20:00-da başlayacaq.

İdman.Biz