“Kəpəz” U-19 millisi ilə heç-heçə etdi - YENİLƏNİR

2 Oktyabr 2026 14:53
90
“Kəpəz” U-19 millisi ilə heç-heçə etdi - YENİLƏNİR

Futbol üzrə Azərbaycan Premyer Liqasında milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən yararlanan “Kəpəz” yoxlama matçına çıxıb.

İdman.Biz xəbər verir ki, Gəncə klubu 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilə qarşılaşıb.

Görüş qarşılıqlı qollarla yadda qalıb. Tərəflərdən heç biri üstünlük əldə edə bilməyib və matç 2:2 hesabı ilə başa çatıb.

Qeyd edək ki, “Kəpəz” növbəti oyununu bu gün saat 16:30-da “Kəpəz” Məşq Mərkəzində “Gəncəbasar”a qarşı keçirəcək.

İdman.Biz
Məqalədə: