PSJ və Fransa millisinin hücumçusu Usman Dembele iki komandanı müqayisə edib.
İdman.Biz xəbər verir ki, Dembelenin açıqlaması UEFA-nın saytında dərc edilib.
“Luis Enrikenin PSJ-si ilə Zidanın Fransa millisinin kifayət qədər çox ortaq cəhəti var. Zidan hücumçulara daha çox sərbəstlik verir. Bunun oxşar fəlsəfə olduğunu deməzdim, daha çox onu deyərdim ki, biz meydanda oyundan zövq almağa çalışırıq. Zidanın dediyi kimi, komanda oynayır və topa sahib olmaq istəyir. Çoxlu ortaq cəhətlər var”, - deyə Usman Dembele qeyd edib.
“İtaliya ilə qarşılaşmaların tarixini bilirik. Bu, hamı üçün xüsusi oyundur. Komanda və məşqçi ilə bu barədə danışmışıq. Amma diqqətimizi görməli olduğumuz işə, güclü tərəflərimizə və məşqçinin qurmaq istədiyi komandaya yönəltmişik. “Stad de Frans”a qayıtmaq xoş olacaq”, - deyə Dembele əlavə edib.
Qeyd edək ki, Fransa millisi oktyabrın 2-də Millətlər Liqası çərçivəsində İtaliya ilə qarşılaşacaq.
