Rusiya futbol funksioneri: Liqa gəlirlərinin 60 faizi bukmekerlərdən gəlir

2 Oktyabr 2026 18:54
72
Rusiya futbol funksioneri: Liqa gəlirlərinin 60 faizi bukmekerlərdən gəlir

Rusiya Futbol Milli Liqasının (FML) gəlirlərinin əhəmiyyətli hissəsini bukmeker şirkətləri təmin edir.

İdman.Biz xəbər verir ki, FML-in icraçı direktoru Aleksandr Atamanenko “Azart oyunları: idmana ayırmalar” forumunda bildirib. Onun sözlərinə görə, bukmekerlərin payı liqanın ümumi gəlirlərinin təxminən 60 faizini təşkil edir.

“Bukmeker şirkətləri ilə işin vacibliyini qeyd etmək istərdim. Gəlirlər strukturuna nəzər salsaq, bütün gəlirlərimizin təxminən 60 faizi onların payına düşür. Orta hesabla hər mövsüm 250 milyon rubl bölüşdürürdük. Top-liqalarla müqayisədə məbləğ kiçikdir, lakin dövrün əvvəlində bu məbləğ 0 rubl təşkil edirdi”, – Atamanenko deyib.

Rusiya futbol sistemində FML Premyer Liqadan sonra gələn ikinci güclü divizondur.

Qeyd edək ki, inkişaf etmiş ölkələrdə futbol liqalarının gəlirlərində bukmekerlərin payı 15-20 faiz ətrafında dəyişir. Əsas gəlir yayımdan formalaşır. Rusiyada bu göstəricinin 60 faiz civarında olması, bu ölkədə alternativ gəlir mənbələrinin məhdud olduğunu göstərir.

İdman.Biz