Premyer Liqada sentyabrın ən yaxşı baş məşqçisi məlum oldu

2 Oktyabr 2026 19:08
76
Premyer Liqada sentyabrın ən yaxşı baş məşqçisi məlum oldu

“Brayton”un baş məşqçisi Fabian Hürtseler sentyabr ayının yekunlarına əsasən İngiltərə Premyer Liqasının ən yaxşı baş məşqçisi seçilib.

İdman.Biz xəbər verir ki, bu barədə Premuer Liqanın rəsmi saytı məlumat yayıb.

Almaniyalı mütəxəssisin rəhbərliyi altında “Brayton” ötən ay “Lids Yunayted”lə heç-heçə edib - 1:1. Komanda daha sonra “Koventri Siti”ni 5:0, “Arsenal”ı isə 3:0 hesabı ilə məğlub edib.

Hazırda “Brayton” İngiltərə çempionatının turnir cədvəlində üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, Hürtseler 2024-cü ilin iyunundan “Brayton”a rəhbərlik edir.

“Brayton” altıncı turda oktyabrın 10-da səfərdə “Sanderlend”lə qarşılaşacaq.

İdman.Biz