İngiltərədə ayın oyunçusu açıqlandı

2 Oktyabr 2026 19:36
78
İngiltərədə ayın oyunçusu açıqlandı

“Brayton”un futbolçusu Paskal Qros sentyabr ayının yekunlarına əsasən İngiltərə Premyer Liqasının ən yaxşı futbolçusu seçilib.

İdman.Biz xəbər verir ki, bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb.

35 yaşlı futbolçu ötən ay iki qol vurub və üç məhsuldar ötürmə edib. Onun uğurlu çıxışı “Brayton”un turnir cədvəlində üçüncü pilləyə yüksəlməsinə kömək edib.

Qros bu mükafata layiq görülən ən yaşlı altıncı futbolçu olub. Bu göstəricidə rekord Stüart Pirs və Teddi Şerinqemə məxsusdur - hər ikisi mükafatı 38 yaşında qazanıb.

Onlardan sonra 37 yaşlı Kriştianu Ronaldu, 36 yaşlı Canfranko Zola və 35 yaşlı Pol Skoulz gəlir.

İdman.Biz