Millətlər Liqasında 1/4 finalın bütün iştirakçıları müəyyənləşdi

18 Noyabr 2026 02:06
19
Millətlər Liqasında 1/4 finalın bütün iştirakçıları müəyyənləşdi

UEFA Millətlər Liqasının 2026/2027 mövsümündə 1/4 final mərhələsinə vəsiqə qazanan bütün komandalar müəyyənləşib.

İdman.Biz xəbər verir ki, qrup mərhələsinin yekunlarına əsasən, Fransa, Belçika, Almaniya, Niderland, İngiltərə, İspaniya, Norveç və Portuqaliya milliləri növbəti mərhələyə yüksəliblər.

A Liqasının dörd qrupunda ilk iki pilləni tutan komandalar 1/4 finalda iştirak hüququ qazanıblar.

1/4 final iştirakçıları:

Birinci qrup: Fransa, Belçika.

İkinci qrup: Almaniya, Niderland.

Üçüncü qrup: İngiltərə, İspaniya.

Dördüncü qrup: Portuqaliya, Norveç.

Sonuncu vəsiqənin sahibi noyabrın 17-də müəyyənləşib. Norveç millisi səfərdə Danimarkanı 3:2 hesabı ilə məğlub edərək qrupda ikinci yeri tutub.

1/4 final mərhələsinin püşkatma mərasimi noyabrın 20-də keçiriləcək. İlk qarşılaşmalar 2027-ci il martın 25-27-də, cavab görüşləri isə martın 28-30-da baş tutacaq.

Qalib gələn dörd komanda iyunun 9-13-də təşkil olunacaq final mərhələsində mübarizə aparacaq.

Qeyd edək ki, Millətlər Liqasının son qalibi Portuqaliya millisidir. Portuqaliyalılar əvvəlki mövsümün finalında İspaniya ilə əsas və əlavə vaxtda 2:2 hesablı heç-heçə etdikdən sonra penaltilər seriyasında 5:3 hesabı ilə qalib gəliblər.

İdman.Biz