Kerroll Kapello ilə bağlı qalmaqallı xatirələrini bölüşdü: “Telefonu sinəmə tulladı”

2 Oktyabr 2026 18:24
77
Kerroll Kapello ilə bağlı qalmaqallı xatirələrini bölüşdü: “Telefonu sinəmə tulladı”

İngiltərə millisinin sabiq futbolçusu Endi Kerroll Fabio Kapellonun rəhbərliyi altında çıxış etdiyi dövrü xatırlayıb.

İdman.Biz xəbər verir ki, 37 yaşlı keçmiş forvard “Owning It” avtobioqrafiyasında italiyalı mütəxəssisin iş metodları barədə tənqidi fikirlər səsləndirib. O, milli komandanın düşərgəsində Kapello ilə yaşadığı gözlənilməz və absurd münaqişələrdən birini də yada salıb.

Kerroll bildirib ki, komandanın yığıncağına 15 dəqiqə tez gəlsə də, telefondan istifadə etməsi Kapellonun qəzəbinə səbəb olub.

“Boss, Fabio Kapellonun taxtası əskik idi. Kapellonun içəri girib yaxınlaşaraq telefonu əlimdən qoparıb aldığı vaxt mən yerdə oturub telefona baxırdım.

“Biz burada işləməyə çalışırıq! Telefon işlətməklə hörmətsizlik edirsən! Məktub göndər mənə!” - deyə o bağırdı.

Bu sözlərin ardınca telefonu sinəmə tulladı”, – Kerroll xatırlayıb.

Qeyd edək ki, Kapello 2008-2012-ci illərdə İngiltərə millisinin baş məşqçisi işləyib.

İdman.Biz