Çempion 1/4 finala yüksəlib - VİDEO

Xəbərlər
7 Fevral 2024 00:08
362
Çempion 1/4 finala yüksəlib - VİDEO

Türkiyə kubokunda 1/8 final mərhələsinə start verilib.

İdman.biz xəbər verir ki, ilk oyun günü meydan sahiblərinin üstünlüyü ilə başa çatıb.

Ölkə çempionu “Qalatasaray” 1-ci Liqa təmsilçisi “Bandırmaspor”la qarşılaşmada asan qələbə qazanıb. Əsas heyətin bəzi futbolçularına istirahət verən “sarı qırmızılar” 4:2 hesabı ilə qalib gəliblər.

“Karagümrük” “Samsunspor”la matçda geri dönüş edə bilib. Komanda məğlub duruma düşsə də, 70-ci dəqiqədən sonra iki qol vurmağı bacarıb.

Türkiyə kuboku
1/8 final

Karagümrük – Samsunspor – 2:1
Ankaragücü – 24 Erzincanspor – 5:1
Qalatasaray – Bandırmaspor – 4:2

İdman.biz