Konfrans Liqasının qalibi “Lion”da

Xəbərlər
2 Fevral 2024 21:41
354
Konfrans Liqasının qalibi “Lion”da

“Vest Hem”in yarımmüdafiəçisi Səid Benrama “Lion”a keçib.

İdman.biz xəbər verir ki, bu barədə Fransa klubu rəsmi açıqlama yayıb.

Əlcəzairli futbolçu mövsümün sonuna kimi icarəyə götürülüb. “Lion” London klubuna 6 milyon icarə haqqı ödəyəcək. Əgər fransalılar 28 yaşlı futbolçunun çıxışı razı qalarsa, Benramanı 14,4 milyon avro qarşılığında transfer edə bilərlər.

Qeyd edək ki, Səid “Vest Hem”in heyətində UEFA Konfrans Liqasının qalibi olub.

İdman.biz

Məqalədə: