Benzema son qərarını verib

Xəbərlər
31 Yanvar 2024 00:49
220
Benzema son qərarını verib

Kərim Benzemanın qış fasiləsində Səudiyyə Ərəbistanını tərk etmək arzusu baş tutmayıb.

İdman.biz xəbər verir ki, fransalı futbolçu karyerasını “Əl-İttihad”da davam etdirəcək.

Komandadakı durumdan narazı olan Benzema təlim-məşq toplanışına 17 gün gecikib. Digər variantları nəzərdən keçirən təcrübəli forvard “Əl-İttihad”ı tərk etməmək qərarı verib. Hətta onun ölkənin digər tanınmış klubu “Əl-Nəsr”lə danışıqlar apardığı xəbərləri yayılıb.

Qeyd edək ki, yayda sərbəst agent kimi “Əl-İttihad”a qoşulan Kərimin komanda ilə 2026-cı il iyunun sonunadək müqaviləsi var.

İdman.biz