PSJ “Ayaks”ın cinah oyunçusu Mik Qodtsla müqavilə imzalamaq üçün danışıqlara başlayıb.
İdman.Biz-in jurnalist Fabrizio Romanoya istinadən verdiyi məlumata görə, 21 yaşlı futbolçu “Monako”dan cinah oyunçusu Maqnes Akliuşun transferinə əlavə oyunçu kimi nəzərdən keçirilir.
Ötən mövsüm Qodts “Ayaks”ın ən çox qol vuran oyunçusu olub və Erediviziyada 32 oyunda 17 qol vurub. Ümumilikdə, belçikalı cinah oyunçusu ötən mövsüm bütün yarışlarda 44 oyunda 17 qol vurub və 15 məhsuldar ötürmə edib.
Qodtsun “Ayaks”la hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 35 milyon avrodur.
