“Birminhem Siti” və “Barselona” arasında keçirilən yoxlama oyunu başa çatıb.
İdman.Biz bildirir ki, əsas vaxtdan sonra hesab 2:2 olub və İngiltərə komandası penaltilər seriyasında 3:2 hesabı ilə qalib gəlib. Komandalar “Sent-Endryus” stadionunda (Birminhem, İngiltərə) oynayıblar.
Avqust Priske 31-ci dəqiqədə hesabı açaraq ingilis komandasına üstünlük qazandırıb. Həmzə Əbdülkərim 42-ci dəqiqədə penaltidən bərabərlik qolunu vurub. O, 60-cı dəqiqədə ikinci qoluna imza atıb. Con Solis 68-ci dəqiqədə hesabı bərabərləşdirib.
“Birminhem Siti” ötən mövsüm 64 xal qazanaraq Çempionşip turnir cədvəlində 10-cu yeri tutub. “Barselona” isə 94 xalla İspaniya çempionu olub.
