İspaniyalı Santyaqo Deniya Çexiya millisinə baş məşqçi təyin olunub

31 İyul 2026 23:42
92
İspaniyalı Santyaqo Deniya Çexiya millisinə baş məşqçi təyin olunub

Çexiya Futbol Assosiasiyası (FAČR) rəsmi saytında ispaniyalı Santyaqo Deniyanın Çexiya milli komandasının baş məşqçisi təyin olunduğunu elan edib.

İdman.Biz bildirir ki, Deniya əvvəllər "Atletiko Madrid"də çalışıb və həmçinin İspaniyanın gənclər, 21 yaşadək və Olimpiya komandalarını çalışdırıb.

"Burada olduğum üçün çox şadam. Son dərəcə motivasiyalıyam, çünki Çexiya milli komandasına rəhbərlik etmək fürsətini böyük şərəf hesab edirəm. Çexiya futbolunun zəngin tarixi var və burada olmağı səmimi qəlbdən böyük bir şərəf hesab edirəm. Çexiya Futbol Assosiasiyasının iddialı layihəsinə qoşuluram və birlikdə uğur qazanacağımıza inanıram. Mənim yalnız bir arzum var: mümkün qədər tez işə başlamaq", - deyə Deniya FAČR saytında bildirib.

İdman.Biz