“Real” Valdepenyası “Fiorentina”ya satıb

31 İyul 2026 23:26
96
“Real” Valdepenyası “Fiorentina”ya satıb

“Real Madrid”in müdafiəçi Viktor Valdepenyas “Fiorentina”ya keçib.

İdman.Biz bu barədə İtaliya klubunun mətbuat xidmətinə istinadən bildirir.

Mediada yayılan məlumatlara görə, 19 yaşlı futbolçu beş illik müqavilə imzalayıb. “Real Madrid” oyunçusu üçün 8 milyon avro, üstəgəl satış halında 50% pay alacaq. “Real Madrid”in də birinci seçim variantı var.

“Fiorentina” kimi möhtəşəm bir kluba qoşulduğum üçün çox xoşbəxtəm”, - deyə futbolçu bildirib.

Valdepenyas 2018-ci ildə “Rayo Valyekano” akademiyasından transfer olunaraq “Real Madrid”ə qoşulub. O, “Los Blancos”un böyüklər komandasında debütünü 2025-ci ilin dekabrında İspaniya liqasında “Alaves” üzərində 2:1 hesablı qələbə qazandıqları oyunda edib.

İdman.Biz