"Yuventus" (İtaliya) və "Nitsa" (Fransa) arasında keçirilən yoldaşlıq oyunu başa çatıb.
İdman.Biz xəbər veirr ki, oyun "Yuventus"un təlim-məşq mərkəzi stadionunda baş tutub. Hakim Luka Pairetto olub.
Matç 2:0 hesabı ilə Turin komandasının xeyrinə başa çatıb.
Yarımmüdafiəçi Duqlas Luis 11-ci dəqiqədə hesabı açıb. 89-cu dəqiqədə hücumçu Castin Oboavodu "Yuventus"un üstünlüyünü artırıb.
"Yuventus" ötən mövsüm İtaliya liqasında 38 oyundan 69 xal qazanaraq altıncı yeri tutaraq Çempionlar Liqasına vəsiqə qazana bilməyib. "Nitsa" ötən mövsüm Fransa çempionatında 34 oyunda 32 xal toplayaraq 16-cı yeri tutub.
