Canni İnfantino FİFA-dan qovulmaq üzrədir

31 İyul 2026 22:27
115
Canni İnfantino FİFA-dan qovulmaq üzrədir

FİFA prezidenti Canni İnfantino əksər digər FİFA rəsmilərinin dəstəyini itirib və qovulmaq üzrədir.

İdman.Biz-in xəbərinə görə, bu barədə Romeyn Molina X sosial media səhifəsində məlumat verib.

Mənbəyə görə, FİFA İnfantinonun ABŞ prezidenti Donald Trampa qeyd-şərtsiz siyasi dəstəyindən, eləcə də bütün qərarları heç kimə hesabat vermədən qəbul etdiyi idarəetmə tərzindən narazıdır.

FİFA daha əvvəl 20 milyard dollarlıq törəmə şirkətin yaradılması üçün layihə konsepsiyasını dərc etmişdi. Bu törəmə şirkətin dörddə birinin özəl investorlara 4,2 milyard dollara satılması planlaşdırılır. Milli federasiyalara ödənişlərin qarşıdakı dörd illik dövr üçün 8 milyon dollardan 20 milyon dollara, sonrakı iki dövrdə isə müvafiq olaraq 22 milyon dollara və 24 milyon dollara artırılması planlaşdırılır. Vurğulanıb ki, federasiyaların əksəriyyəti layihənin başlamasına qərar verməlidir. FİFA Şurasının təsdiqi də tələb olunur.

İdman.Biz