Leon Qoretska “Barselona”ya əməkdaşlıq təklifi edib

31 İyul 2026 20:38
91
Leon Qoretska “Barselona”ya əməkdaşlıq təklifi edib

Hazırda azad agent olan “Bavariya”nın keçmiş yarımmüdafiəçisi Leon Qoretzka özünü "Barselona"ya təklif edib.

Bu barədə İdman.Biz insayder Matteo Morettoya istinadən bildirir.

Mənbənin məlumatına görə, katalonlar bu yay heç bir yarımmüdafiəçi ilə müqavilə imzalamağı planlaşdırmır və Qoretskanı transfer etməkdə maraqlı deyillər.

31 yaşlı Leon Qoretska 2018-ci ildən bəri "Bavariya"da oynayır. O, klubla birlikdə yeddiqat Almaniya çempionu (2018/2019, 2019/2020, 2020/2021, 2021/2022, 2022/2023, 2024/2025, 2025/2026), Almaniya Kubokunun üçqat qalibi (2018/2019, 2019/2020, 2025/2026), Almaniya Superkubokunun dördqat qalibi (2018, 2020, 2021, 2025), Çempionlar Liqasının (2019/2020), UEFA Superkubokunun (2020) və Klublararası Dünya Kubokunun (2020) qalibi olub.

İdman.Biz