Eddi Hau "Nyukasl"ın baş məşqçisi vəzifəsindən ayrılıb

31 İyul 2026 20:22
99
Eddi Hau "Nyukasl"ın baş məşqçisi vəzifəsindən ayrılıb

"Nyukasl Yunayted" rəsmi saytında Eddi Haunun "sağsağanlar"ın baş məşqçisi vəzifəsindən istefa vermək qərarına gəldiyini açıqlayıb.

İdman.Biz xəbər veirr ki, Hau 2021-ci ilin noyabr ayında "Nyukasl"ın baş məşqçisi təyin edilib. 48 yaşlı məşqçinin rəhbərliyi altında "ağ-qaralar" iki dəfə Çempionlar Liqasına vəsiqə qazanıb və klub tarixində ilk dəfə yarışın pley-off mərhələsinə yüksəlib.

2024/25 mövsümündə Haunun rəhbərliyi altında "sağsağanlar" komandanın 70 ildən sonra ilk yerli kuboku olan Liqa Kubokunu qazanıb.

"Onun ehtirası, sədaqəti və şəhər, klub və azarkeşləri ilə əlaqəsi İngiltərənin şimal-şərqində keçirdiyi müddət ərzində dəyişməz qalıb. O, klubun gələcəyi üçün möhkəm mövqe tutmasına kömək edən təməllərin qoyulmasına kömək edib", - deyə açıqlamada bildirilir.

İdman.Biz