“Sportinq” yoldaşlıq oyununda “Nottingem Forest”i darmadağın edib

1 Avqust 2026 01:30
91
“Sportinq” yoldaşlıq oyununda “Nottingem Forest”i darmadağın edib

“Sportinq” (Portuqaliya) və “Nottingem Forest” (İngiltərə) futbol klubları arasında keçirilən yoldaşlıq oyunu başa çatıb.

İdman.Biz bildirir ki, matç Portuqaliya komandasının 4:1 hesablı qələbəsi ilə bitib.

Qonaq komandanın hücumçusu İqor Jezus 2-ci dəqiqədə hesabı açıb. Müdafiəçi Qonsalo İnasio 14-cü dəqiqədə hesabı bərabərləşdirib. Yarımmüdafiəçi İssa Doumbia 61-ci dəqiqədə “Sportinq”ə üstünlük qazandırıb. Dörd dəqiqə sonra hücumçu Rafael Nel Portuqaliya klubunun üstünlüyünü artırıb. Nel daha sonra 84-cü dəqiqədə yekun hesabı müəyyənləşdirib.

İdman.Biz