Avropa Parlamenti İnfantinonu dinləməyə çağırmaq istəyir

1 Avqust 2026 01:49
103
Avropa Parlamenti İnfantinonu dinləməyə çağırmaq istəyir

Avropa Parlamenti FIFA prezidenti Canni İnfantinonun bəzi turnir hüquqlarını özəl investorlara satmaq planı ilə bağlı dinləməyə çağırmağa hazırlaşır.

İdman.Biz bu barədə “Euronews”a istinadən xəbər verir.

Mənbəyə görə, Avropa Parlamentinin üzvləri arasında yayılan məktubda İnfantinonun "FİFA-nın özünün açıq şəkildə müdafiə etdiyi şəffaflıq və demokratik hesabatlılıq" ruhunda rəsmilərin suallarına birbaşa cavab verməsi tələb olunur.

Avropa Parlamentinin polşalı üzvü Boqdan Zdrojevski tərəfindən yayılan məktubda İnfantinonun FIFA prezidenti kimi hərəkətləri birbaşa tənqid olunur və izahat vermək üçün Avropa Parlamentinə gəlməsi tələb olunur.

30 iyulda UEFA hüquqlar özəl investorlara satılacağı təqdirdə FIFA tərəfindən maliyyələşdirilən turnirləri boykot etməyə hazır olduğunu açıqladı. Elə həmin gün KONKAKAF FIFA tərəfindən təklif edilən ideyanı rədd etdi. 31 iyulda AFC UEFA və KONKAKAF-ı dəstəklədi.

İdman.Biz