Fransa millisinin keçmiş oyunçusui dünya kubokunun surətini hərracda satıb

1 Avqust 2026 05:04
99
Fransa millisinin keçmiş oyunçusui dünya kubokunun surətini hərracda satıb

Hazırda Polşanın “Poqon” klubunda oynayan keçmiş “Mançester Siti”nin və Fransa millisinin müdafiəçisi Benjamin Mendi, dünya çempionatı kubokunun surətini ABŞ-ı “Goldin” hərrac evi tərəfindən təşkil edilən hərracda satıb.

İdman.Biz bu barədə “L'Équipe” qəzetinə istinadən məlumat verir.

2018-ci il dünya çempionu, surətini 25 iyulda başa çatan hərracda satıb. Mükafat 54.000 avroya satılıb. Bu qiymət gözləniləndən bir qədər aşağıdır, çünki yoxlama zamanı bazada çat və kiçik aşınma əlamətləri aşkar edilib. Alıcı həmçinin Mendinin imzası olan sertifikat da alıb.

Oyunçu əvvəllər “Havr”, “Marsel”, “Monako”, “Mançester Siti”, “Loryan” və “Sürix”də oynayıb. Mendi “Monako” ilə Fransa çempionluğunu qazanıb, “Mançester Siti” ilə isə üç dəfə Premyer Liqa, iki dəfə Liqa Kuboku və Fransa Superkubokunu qazanıb.

İdman.Biz