Konte “Milan”ın baş məşqçisi olmağa razılıq verib

Xəbərlər
30 Yanvar 2024 10:57
349
Konte “Milan”ın baş məşqçisi olmağa razılıq verib

Antonio Konte növbəti mövsümdən “Milan”ın baş məşqçisi olacaq.

İdman.biz xəbər verir ki, italiyalı mütəxəssis “rossonyeri”nin şərtlərini qəbul edib.

Konte ilə danışıqlar aparan klub prezidentinin idman məsələləri üzrə məsləhətçisi Zlatan İbrahimoviç onun razılığını alıb. 2023-cü ilin martında “Tottenhem”dən ayrılan mütəxəssis bir ilə yaxın işsiz qalıb.

Qeyd edək ki, Konte karyerası ərzində “Aretso”, “Bari”, “Atalanta”, “Siena”, “Yuventus”, “İnter”, “Çelsi” və İtaliya yığmasının da baş məşqçisi olub.

İdman.biz

Məqalədə: