Fabian Ruisin anası oğlunu “Qızıl top”a layiq gördü: “Mənim üçün artıq qazanıb”

30 Sentyabr 2026 19:38
81
Fabian Ruisin anası oğlunu “Qızıl top”a layiq gördü: “Mənim üçün artıq qazanıb”

Fabian Ruisin ailəsi PSJ-nin futbolçusunun 2026-cı il “Qızıl top” mükafatını qazanmasını dəstəkləyir.

İdman.Biz “El Desmarque”ə istinadən xəbər verir ki, İspaniyanın Xorvatiya ilə matçından əvvəl danışan futbolçunun anası oğlunun nüfuzlu fərdi mükafatı qazanmaq şansları barədə fikirlərini bölüşüb.

“Mənim üçün o, artıq bunu qazanıb”, – deyə Fabian Ruisin anası bildirib.

Fabian Ruis PSJ və İspaniya millisinin heyətində Çempionlar Liqası və Dünya Çempionatı da daxil olmaqla əsas titullara sahib çıxandan sonra “Qızıl top”un əsas namizədlərindən birinə çevrilib. O, həmçinin Luis de la Fuentenin rəhbərlik etdiyi İspaniya millisinin son oyunlarında komandanın əsas fiqurlardan biri olub.

Futbolçunun qardaşı və atası da onu dəstəkləyir. Beləliklə, Fabianın bütün ailəsi onun “Qızıl top”a namizədliyinin tərəfdarıdır.

Qeyd edək ki, Fabian Ruis özü də bu yaxınlarda bildirib ki, bu il əsas titullardan birini qazandıqdan sonra “Qızıl top”u əldə etmək şansının olduğuna inanır.

İdman.Biz