Azərbaycan millisinin Lixtenşteyn ilə oyun öncəsi açıq məşqi baş tutub - VİDEO

30 Sentyabr 2026 20:12
70
Azərbaycan millisinin Lixtenşteyn ilə oyun öncəsi açıq məşqi baş tutub

Futbol üzrə Azərbaycan millisi Millətlər Liqasında Lixtenşteynə qarşı evdə keçirəcəyi oyun öncəsi açıq məşqi baş tutub

İdman.Biz xəbər verir ki, ilk 15 dəqiqəsi jurnalistlər üçün açıq olan hazırlıq prosesi Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub.

Komanda baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında məşqə isinmə hərəkətləri ilə başlayıb. Daha sonra futbolçular topla çalışmalara və müxtəlif təmrinlərin yerinə yetirilməsinə keçid ediblər.

Qeyd edək ki, Millətlər Liqasının Azərbaycan - Lixtenşteyn oyunu sabah, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

İdman.Biz