Kris Smollinq “Portu”ya keçir

30 Sentyabr 2026 19:53
86
Kris Smollinq “Portu”ya keçir

“Portu” İngiltərə millisinin sabiq futbolçusu Kris Smollinqlə razılığa gəlib.

İdman.Biz insayder Fabrisio Romanoya istinadən xəbər verir ki, 36 yaşlı futbolçu Portuqaliya klubuna azad agent kimi keçəcək.

“Mançester Yunayted”in keçmiş müdafiəçisinin son klubu Səudiyyə Ərəbistanının “Əl-Feyha”sı olub.

Smollinq 2024-2026-cı illərdə bu komandanın formasını geyinib.

İdman.Biz