Xavi: “Yayda "Barsa"dan gedəcəm”

Xəbərlər
28 Yanvar 2024 09:26
397
Xavi: “Yayda "Barsa"dan gedəcəm”

Xavinin “Barselona”nı nə vaxt tərk edəcəyi tarix bəlli olub.

İdman.biz xəbər verir ki, baş məşqçi bunu “Vilyarreal”a 3:5 hesablı məğlubiyyətdən sonra açıqlayıb.

Təcrübəli mütəxəssis klub rəhbərliyi ilə danışıqlardan sonra bu qərarı verdiyini bildirib: “İyunun 30-da klubu tərk edəcəm. Bu qərarı klub prezidenti və idarəçiləri ilə müzakirə edib qərar vermişik. Prezidentlə görüşdük, məsələni izah etdim. Rəhbərlyin mənə etimadı davam edir, amma getmək vaxtı olduğunu düşünürəm”.

Qeyd edək ki, Xavi 2022/2023 mövsümündə “Barselona”ya İspaniya çempionu titulu qazandırıb.

İdman.biz

Məqalədə: