“Liverpul” 100 milyon funt-sterlinqlik transferə hazırlaşır

16 Oktyabr 2026 19:27
101
“Liverpul” 100 milyon funt-sterlinqlik transferə hazırlaşır

“Liverpul” qış transfer pəncərəsində “Bornmut”un futbolçusu Aleks Skottu heyətinə qatmağı planlaşdırır.

İdman.Biz TEAMtalk-a istinadən xəbər verir ki, 23 yaşlı ingiltərəli futbolçu hazırkı klubu ilə müqaviləsini uzatmaq üçün aldığı son təklifi rədd edib.

Məlumata görə, Skottun “Liverpul”a mümkün keçidində onun “Bornmut”da birlikdə çalışdığı baş məşqçi Andoni İraola mühüm rol oynaya bilər.

“Bornmut”un yanvarda yarımmüdafiəçini 100 milyon funt-sterlinqə (119 milyon avro - təxminən 226 milyon manat) satmağa hazır olduğu bildirilir. Bununla belə, “Liverpul” transfer uğrunda mübarizədə “Çelsi”nin rəqabəti ilə üzləşə bilər.

Skott cari mövsümdə bütün turnirlərdə altı oyuna çıxaraq bir qol vurub və iki məhsuldar ötürmə edib.

Onun “Bornmut”la müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalı futbolçunun bazar dəyərini 70 milyon avro (140 milyon avro) qiymətləndirir.

İdman.Biz