Luis Enrike PSJ-də toxunulmaz hesab etdiyi futbolçunun adını açıqladı

16 Oktyabr 2026 20:28
83
Luis Enrike PSJ-də toxunulmaz hesab etdiyi futbolçunun adını açıqladı

PSJ-nin baş məşqçisi Luis Enrike futbolçu Uorren Zair-Emerinin komandadakı mövqeyinə aydınlıq gətirib.

İdman.Biz xəbər verir ki, ispaniyalı mütəxəssis bu barədə Fransa Liqa 1-in yeddinci turunda “Strasburq”la keçiriləcək səfər oyunundan əvvəl təşkil olunan mətbuat konfransında danışıb.

“Mənim üçün o, komandanın əsas futbolçularından biridir. Onun əsas heyətdəki yeri mübahisə doğurmur. Əlbəttə, meydana yalnız 11 futbolçu çıxa bilər. Lakin mən bura gəldiyim vaxtdan Uorren əsas heyət oyunçusu olub”, - deyə Enrike vurğulayıb.

Qeyd edək ki, “Strasburq” - PSJ qarşılaşması oktyabrın 17-də keçiriləcək.

İdman.Biz