Futbolçu Kərim Benzemanın keçmiş agenti Kərim Cəziri futbolçunun bu yay “Lion”a qayıtmasının niyə mümkün olmadığını açıqlayıb.
İdman.Biz xəbər verir ki, 38 yaşlı hücumçu bu yay “Əl-Hilal”dan ayrıldıqdan sonra yetirməsi olduğu Fransa klubuna qayıtmaq imkanını nəzərdən keçirib. Lakin onun Səudiyyə Ərəbistanı qarşısındakı müqavilə öhdəlikləri transferə mane olub.
RMC-yə danışan Cəziri Benzemanın “Lion”a qayıtmaq barədə uzun müddət düşündüyünü söyləyib.
“Onun bu yay qayıtması mümkün deyildi, çünki Səudiyyə Ərəbistanı Krallığı ilə bağlanan müqaviləsi var. Ora onun şəhəri, komandası və klubudur”, - deyə keçmiş agent vurğulayıb.
“Lion” da öz yetirməsini geri qaytarmaq imkanını araşdırıb, lakin futbolçunun mövcud öhdəlikləri razılaşmanın əldə olunmasına imkan verməyib.
Qeyd edək ki, Benzema “Lion”un akademiyasında yetişib. O, 2009-cu ildə “Real Madrid”ə keçib və İspaniya klubunun heyətində beş dəfə Çempionlar Liqasının qalibi olub.
