Rakitiç Ərəbistan yolunda

Xəbərlər
27 Yanvar 2024 19:09
152
Rakitiç Ərəbistan yolunda

İvan Rakitiçin növbəti klubunun adı bəlli olub.

İdman.biz xəbər verir ki, xorvatiyalı futbolçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Yayılan məlumata görə, Rakitiç “Əl-Şabab”a keçəcək. Təcrübəli yarımmüdafiəçi “Sevilya”dakı oyun təcrübəsindən narazıdır. Andalusiya klubunun yeni baş məşqçisi Kiki Sançes Flores ona çox az şans verir. İvanın yanvarın 30-dək yeni Səudiyyə klubu ilə müqavilə bağlaması gözlənilir.

Qeyd edək ki, 2020-ci ildən “Barselona”dan “Sevilya”ya dönüb. O, 2011-2014-cü illərdə də komandanın şərəfini qoruyub.

İdman.biz