Almaniya millisinin qapıçısı Manuel Noyer DÇ-2026-nın E qrupunun 2-ci turunda Kot-d'İvuarla oyununda dünya çempionatında qapıçı kimi ən çox oyun keçirən futbolçu rekordunu qırıb.
İdman.Biz bildirir ki, oyun Kanadanın Toronto şəhərindəki “BMO Field” stadionunda keçirilib.
Qapıçı dünya çempionatlarında 21-ci matçını keçirib və Fransa millisinin keçmiş qapıçısı Uqo Lyorisi (20 oyun) geridə qoyub.
DÇ-2026 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçirilir. Argentina hazırkı çempiondur.
