Niderland millisi dünya çempionatlarında 100 qol həddini keçib.
Bu, F qrupunun ikinci turunda İsveçlə oyunda baş verib.
İdman.Biz bu barədə Squawka-ya istinadən məlumat verir.
Oyun 5:1 Niderlandın xeyrinə başa çatıb.
Beləliklə, Niderland artıq dünya çempionatlarında 103 qol vurub.
Daha əvvəl Braziliya, Almaniya, Argentina, Fransa, İtaliya, İspaniya və İngiltərə komandaları dünya çempionatında analoji nəticə əldə ediblər.
