DÇ-2026: Almaniya 90+4-də gələn qolla Kot-d'İvuarı məğlub edir - YENİLƏNİB + VİDEO

21 İyun 2026 02:03
833
DÇ-2026: Almaniya 90+4-də gələn qolla Kot-d'İvuarı məğlub edir

Almaniya - Kot-d'İvuar oyunu başa çatıb.

İdman.Biz bildirir ki, Avropa təmsilçisi 2:1 hesablı qələbə qazanıb. Bu oyundan sonra Almaniya millisi 6 xalla qrup lideridir. Kot-d'İvuarın 3 xalı var.

01:58

Almaniya Kot-d'İvuarla matçda irəli çıxıb.

İdman.Biz bildirir ki, 90+4-də Deniz Undav matçda ikinci qolunu vurur.

01:32

Almaniya - Kot-d'İvuar matçında hesab bərabərləşib.

İdman.Biz bildirir ki, 68-ci dəqiqədə Deniz Undav hesabı bərabərləşdirib.

01:08

Almaniya - Kot-d'İvuar matçında ikinci hissə başlayıb.

İdman.Biz bildirir ki, ilk yarıdan sonra afrikalılar irəlidədirlər - 1:0.

00:53

Almaniya - Kot-d'İvuar matçında ilk hissə bitib.

İdman.Biz bildirir ki, ilk yarıdan sonra afrikalılar irəlidədirlər - 1:0.

00:31

Almaniya - Kot-d'İvuar matçında hesab açılıb.

İdman.Biz bildirir ki, 30-cu dəqiqədə Frank Kessye ivuarlıları irəli çıxarır.

00:00

Futbol üzrə dünya çempionatında E qrupunda 2-ci tura start verilir.

İdman.Biz bildirir ki, Almaniya Kot-d'İvuarla qarşılaşır.

Oyun Toronto şəhərindəki “Bi-Em-O Field” stadionunda keçirilir. Oyunun baş hakimi paraqvaylı Xuan Qabriel Benitesdir.

İlk turda Almaniya Kürasaoya (7:1), Kot-d'İvuar isə Ekvadora (1:0) qalib gəlib.

İdman.Biz