Fransanın “Lion” klubu “Yuventus”un hücumçusu Lua Openda ilə müqavilə imzalamaqda maraqlıdır.
İdman.Biz bu barədə jurnalist Canluka Di Martsioya istinadən bildirir.
Mənbənin məlumatına görə, “Ayntraxt Frankfurt”, “Monako” və “Nottingem Forest” də oyunçu ilə maraqlanır. Hazırda “Lion”un oyunçunu əldə etmək üçün hər hansı konkret addım atıb-atmayacağı məlum deyil.
Ötən mövsüm Lua Openda bütün turnirlərdə 37 oyunda meydana çıxıb və iki qol vurub. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 25 milyon avrodur. Belçikalı futbolçu əvvəllər “RB Leypsiq”, “Lans”, “Vitess” və “Brügge”də oynayıb.
