“Barselona”nın müdafiəçisi mövsümü bitirib

27 Yanvar 2024 16:41
392
“Barselona”nın müdafiəçisi mövsümü bitirib

“Barselona”nın futbolçusu Aleks Baldenin zədədən sonrakı durumuna aydınlıq gəlib.

İdman.biz xəbər verir ki, müdafiəçi əməliyyat olunacaq.

Baldenin cərrahi müdaxiləsi Finlandiyada gerçəkləşəcək. O, mövsümün qalan hissəsini buraxacaq. 20 yaşlı futbolçu İspaniya kubokunun “Atletik”lə 1/4 final görüşündə (4:2) zədələnib.

Qeyd edək ki, Aleks mövsümün 18 matçında 1 assistə imza atıb.

İdman.biz

Məqalədə: