“Arsenal” azarkeşləri gecə “Atletiko”nun otelinin qarşısında atəşfəşanlıq təşkil ediblər

5 May 2026 20:29
154
“Arsenal” azarkeşləri gecə “Atletiko”nun otelinin qarşısında atəşfəşanlıq təşkil ediblər

“Arsenal” azarkeşləri mayın 5-də keçiriləcək Çempionlar Liqasının yarımfinal oyunundan əvvəl dünən gecə “Atletiko Madrid” otelinin qarşısında atəşfəşanlıq ediblər.

İdman.Biz-in “The Telegraph”a istinadən məlumatına görə, “Arsenal” azarkeşləri iki dəfə - yerli vaxtla saat 1:30 və 2:00-da - atəşfəşanlıq ediblər. “Atletiko”nun dərhal müvafiq UEFA qurumuna şikayət etdiyi vurğulanır.

“Arsenal” və “Atletiko” arasındakı oyun Londondakı “Emirates” stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. İlk oyun 1:1 hesabı ilə başa çatıb.

İdman.Biz