Arne Slot karyerasını vətənində davam etdirə bilər

5 May 2026 19:44
151
Arne Slot karyerasını vətənində davam etdirə bilər

Amsterdamın “Ayaks”nun klubu rəhbərliyi “Liverpul”un niderlandlı məşqçisi Arne Slotla ilkin danışıqlar aparıb.

İdman.Biz bu barədə Goal-a istinadən məlumat verir.

“Ayaks” cari mövsümün sonunda “Liverpul”dan ayrılacağı təqdirdə Slotu baş məşqçi təyin etməkdə maraqlıdır.

Slotun klubdan ayrılması ilə bağlı rəsmi açıqlama verilməyib, lakin növbəti mövsüm UEFA Çempionlar Liqasına vəsiqə qazana bilməsə, “qırmızılar” rəhbərliyi hollandiyalı mütəxəssislə yollarını ayırmaq qərarına gələ bilər.

Hazırda “Ayaks”ı əvvəllər klubun gənclər komandasında çalışmış Oskar Qarsiya idarə edir. Lakin rəhbərlik onun təyinatını müvəqqəti həll yolu kimi görür.

Arne Slotun “Liverpul”la müqaviləsi 2027-ci ilin yayına qədərdir. Premyer Liqadakı 35 oyundan sonra mersisaydlılar 58 xalla turnir cədvəlində dördüncü yerdədir.

İdman.Biz