“Barselona”nın keçmiş məşqçisi Xavi “Çelsi”nin baş məşqçisi vəzifəsinə namizəd kimi nəzərdən keçirilir.
İdman.Biz bildirir ki, bu barədə “The Independent” qəzetinin jurnalisti Migel Dileyni sosial mediada məlumat verib. Klub rəhbərliyi ispan məşqçini prioritet namizəd hesab edir, çünki onun futbol fəlsəfəsi komandanın inkişaf vektoru ilə uyğun gəlir.
Xavi karyerasının böyük hissəsini 2021-ci ildən 2024-cü ilə qədər baş məşqçi vəzifəsində çalışdığı “Barselona”da keçirib. Onun rəhbərliyi altında komanda 2022/2023 mövsümündə İspaniya liqasının titulunu və 2023-cü ildə İspaniya Super Kubokunu qazanıb.
“Çelsi” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 48 xalla doqquzuncu yerdədir. Komanda daxili liqadakı son oyunlarında ardıcıl altı məğlubiyyət alıb.
